Bakı Şəhər Probasiya İdarəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalar tətbiq edilmiş yetkinlik yaşına çatmayan 21 məhkumla maarifləndirmə tədbiri keçirilib.Tədbirdə cəmiyyətdə tüğyan edən "ağ ölüm" adlandırılan narkomaniyanın acı nəticələrini əyani şəkildə göstərilməsi məqsədilə film nümayiş etdirilib.Qeyd olunub ki, Respublika Narkoloji Mərkəzinin həkim narkoloqunun, Ümidli Gələcək Sosial Təşəbbüslər ictimai birliyinin psixoloqlarının və valideynlərinin iştirakları ilə yetkinlik yaşına çatmayan məhkumların peşə yönümlü ixtisaslara yönləndirilməsi, onlar tərəfindən örədilə biləcək hüquq pozuntularının qarşısının alınması, narkomaniyanın acı nəticələrinə dair maarifləndirmə tədbiri həyata keçirilir.

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








