“İndiyədək 76 sağlamlıq imkanı məhdud uşaqlara sosial xidmətlər göstərilib və onların evlərinə baş çəkilib”.
Anmedia.az xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Faiq Ağayev deyib.
O bildirib ki, xidmət göstərilməsi üçün valideyn icazəsi olmalıdır: “Hazırda 27 uşaqla bağlı qiymətləndirmə yekunlaşıb ki, onlar da yaxın zamanlarda reabilitasiya cəlb olunacaq. Bu vaxta kimi 23 uşağın reabilitasiyası isə yekunlaşıb”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin