Bunu Trend-ə Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Bakıda gecə klubunda baş verən partlayışla bağlı məsələni şərh edərkən deyib.
E.Nurəliyev bildirib ki, bu qadağa insanların həyat və sağlamlığının xoşagəlməz hadisələrdən qorunması üçündür.“Zirzəmilərdə fəaliyyət göstərən mağaza, anbar və. s kimi yerlərdə qaz təchizatı ilə bağlı qaydalara ciddi riayət olunmalıdır ki, dəhşətli faciələr baş verməsin. İctimai iaşə müəssisələri, insanların sıx toplaşdığı yerlərdə qaz balonlarından istifadə olunması yanğın təhlükəsziliyi ilə bağlı qaydalara görə qadağandır. 10 kvadratmetrlik otaqda qaz balonunun partlaması 100 minlərlə ton zərbə qüvvəsi deməkdir ki, burada hadisənin dəhşətini təsəvvür etmək mümkündür.
Qapalı məkanlarda fişənglərdən, hansısa partlayıcı vasitələrdən istifadə olunursa, bunun özü belə yolverilməzdir. Çünki qapalı məkanlarda bu vasitələrdən istifadə yanğına səbəb ola bilər", - ekspert bildirib.
Qeyd edək ki, aprelin 3-də Bakıda gecə klubunda partlayış baş verib. Baş Prokurorluğun məlumatına görə, hadisə zamanı 1 nəfər ölüb, 31 nəfər yaralanıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin