
022 ci ilin mart ayında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə daxil olan müraciətlərin sayı açıqlanıb.
Dövlət Komitəsindən Anmedia.az-a bildirilib ki, ümumilikdə 273 vətəndaş müraciəti daxil olub.
Qeyd olunub ki, üstünlük təşkil edən müraciətlərdən 51-i məhkəmə qərarlarının icrası ilə bağlı, 23-ü mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı, 20-si məişət zorakılığı ilə bağlı, 20-si müxtəlif yönümlü sosial müavinətlərlə bağlı və 20-si isə işlə təmin olunma ilə bağlıdır.

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin