"Azərbaycanda yetkinlik yaşına çatmayan məhkumlar üçün yeni bina inşa olunub".
Anmedia.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnsan Hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Aynur Sabitova nazirlikdə keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, artıq binanın tikintisi tam başa çatıb: "Bina tam standartlara uyğun inşa edilib. Orada yetkinlik yaşına çatmayan məhkumlara psixoloji xidmətlər üçün də şərait yaradılıb. Yaxın günlərdə bina istifadəyə veriləcək və yetkinlik yaşına çatmayan məhkumlar ora köçürüləcək".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin