Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev martın 11-də, saat 11:00-da Ağstafa şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Ağstafa rayonu, Hüseyn Arif küçəsi, 1) Ağstafa, Qazax və Tovuz rayonlarının sakinlərini qəbul edəcək.
Bu barədə Anmedia.az-a nazirlikdən bildirilib. Məlumata görə, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, televiziya və radio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.
Qəbula yazılmaq üçün martın 10-na qədər nazirliyin “Çağrı” Mərkəzi (1655), elektron poçtu (mincom@mincom.gov.az) və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefon vasitəsilə müraciət etmək mümkündür.
Vətəndaş qəbulunda iştirak etmək istəyənlər, həmçinin Ağstafa, Tovuz və Qazax telekommunikasiya qovşaqlarına (050 833 03 40) müraciət edə bilərlər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin