
“Ukrayna son dərəcə vacib humanitar yardım almağa başladı: Rusiya Federasiyasının silahlı təcavüzündən zərər çəkmiş şəxslərə dərmanlar və tibbi avadanlıqlar verilir. Biz Ukraynaya əməli dəstəyə görə dost Azərbaycana dərin təşəkkürümüzü bildiririk”.
Anmedia.az xəbər verir ki, bunları Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski özünün tviterdəki hesabında yazıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Ukraynaya humanitar yardım məqsədilə təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi üçün dərman preparatları və tibbi avadanlıqlar göndərilib. Tibbi vasitələrin yükləndiyi təyyarə bu gün yola düşüb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








