Bu gün Ukraynanın Azərbaycandakı səfirliyində Birlik Günü qeyd olunub.
Anmedia.az xəbər verir ki, diplomatik missiyanın Azərbaycandakı Ukrayna icmasının nümayəndələri ilə keçirdiyi Ukraynaya dəstək tədbirində ölkənin 30 metrlik bayrağı açılıb.
“Ukrayna sülhə can atır, bütün münaqişələri və mübahisəli məsələləri yalnız diplomatik yolla, danışıqlar yolu ilə həll etmək istəyir. Bununla belə, Ukrayna hadisələrin istənilən gedişatına hazırdır. Biz başqasına məxsus olana iddia etmirik, amma özümüzə məxsus olanı da vermərik. Ukrayna Silahlı Qüvvələri işğalçı Rusiyanın hücumunu rədd etmək iqtidarındadır, ukraynalılar isə vətənin müdafiəsi üçün birləşəcəklər”, - səfirlikdən bildiriblər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin