“Azərbaycanın yaratdığı yeni reallığa uyğun olaraq, regionda kommunikasiyaların açılması sülh, təhlükəsizlik, sabitlik, firavanlıq və qarşılıqlı faydalı əməkdaşlığa zəmin yaradacaq ki, bu da investisiyaların cəlb edilməsi və davamlı inkişaf deməkdir”.Anmedia.az xəbər verir ki, bu barədə Tacikistan mətbuatına açıqlamasında Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov deyib.
Onun sözlərinə görə, hazırlanan kommunikasiya layihələri öz növbəsində, regionun gələcək nəqliyyat və enerji xəritəsini, eləcə də bütövlükdə iqtisadi, siyasi və strateji arxitekturasını formalaşdıracaq.
“Bütün bunlar təkcə Cənubi Qafqazda deyil, həm də Mərkəzi Asiyanın dənizə çıxışı olmayan dövlətləri üçün əlverişli bağlılığa, həmçinin Mərkəzi Asiyanın Cənubi Qafqaz ərazisindən istifadə edərək Avropa bazarları ilə daha faydalı əlaqə qurmasına şərait yaradır. Bu mənada biz bütün tacikistanlı tərəfdaşlarımızı, o cümlədən özəl sektoru dəhlizlərin potensialından tam şəkildə istifadə etməyə və açılan imkanlardan istifadə etməyə çağırırıq”, - deyə səfir qeyd edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








