Qəbələ, 25 aprelUkrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir.
ANmedia.az Azərtac-a istinadən xəbər verir ki, aprelin 25-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək və geniş tərkibdə görüşü olub.
Söhbət zamanı dövlət başçılarının əvvəlki görüşləri məmnunluqla xatırlanıb, Ukrayna Prezidentinin səfərinin ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığı bildirilib. Enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, kənd təsərrüfatı ilə bağlı əlaqələr və Hökumətlərarası Komissiyanın fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.
Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstək, xüsusilə ukraynalı uşaqlara olan diqqət və qayğı yüksək qiymətləndirilib. Ukrayna tərəfi buna görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Eyni zamanda bir qrup ukraynalı tələbənin reabilitasiya və mədəni tanışlıq məqsədilə Azərbaycana səfərinin nəzərdə tutulduğu qeyd olunub.










Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO







