
2026-cı ildə beynəlxalq siyasət soyuq müharibədən sonrakı dövrə xas nisbi sabitliyin çoxdan geridə qaldığını təsdiqləyən bir mənzərə ortaya qoyur. Beynəlxalq münasibətlər tarixən müharibə, sülh, diplomatiya və dövlətlər arasında güc balansı kimi məsələlər vasitəsilə müəyyən edilmişdir. Beynəlxalq sistem bu gün uzun, çoxşaxəli və xroniki bir keçid prosesindən keçir. Beynəlxalq münasibətlər dövlətlər, beynəlxalq təşkilatlar, transmilli korporasiyalar və vətəndaş cəmiyyəti təşkilatları kimi aktorlar arasında güc və maraq münasibətlərini; suverenlik və beynəlxalq hüquq; iqtisadi əlaqələr; beynəlxalq qurumlar və təşkilatlar; nəzəri yanaşmalar; və qloballaşma və ətraf mühit dinamikası kimi hadisələri araşdırır. Əlbəttə ki, beynəlxalq münasibətlər yalnız dövlətlərarası münasibətlərlə məhdudlaşmır; onlar həmçinin iqtisadiyyat, ətraf mühit, insan hüquqları, müharibə, sülh, təhlükəsizlik, ideologiya və mədəniyyət kimi məsələləri də əhatə edir.
Martın 12-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu keçirilib . Küresel Bakü Forumu, "Yeni Dönem" mesajıyla başlamışdır. XIII Qlobal Bakı Forumu çərçivəsində ümumilikdə 12 panel müzakirə və bir neçə xüsusi sessiya keçirilib. Əvvəlki forumlarda olduğu kimi, bu tədbirdə də dünyanın müxtəlif ölkələrinin prezidentləri, Baş nazirləri, nazirləri, parlamentariləri, həmçinin sabiq dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər. Builki Forumun mövzusu son zamanlar xüsusilə aktual olan məsələləri əks etdirir: “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi”. beynəlxalq gündəlikdə duran əsas məsələlərin müzakirəsi üçün mükəmməl platformaya çevrilən Forumun tarixinə qısa nəzər salır. XIII Qlobal Bakı Forumunda "Qlobal təhlükəsizlik və güc balansı: Beynəlxalq hüquqa hörmət, yeni məsələlər, yeni çətinliklər", "Böhranda çoxtərəflilik: Qlobal əməkdaşlığa yeni baxış", "Birləşmiş Millətlər Təşkilatı 80 illiyində", "Çin və Qlobal İdarəetmə Təşəbbüsü", "Danışıqlardan Kənar: COP-u Canlı Saxlamaq Uğrunda Mübarizə", "Orta Dəhliz və Avrasiya Bağlantı Qapısı", "Afrika: Bu gün və sabah", "2030 Gündəliyinin sürətləndirilməsi: inklüziv inkişaf və dayanıqlı bağlantı", "Mənzil sahəsində qlobal əməkdaşlıq: WUF13 üçün perspektivlər", "Rəqəmsal gələcək: Süni intellekt, idarəetmə və innovasiyanın etikası", "Beynəlxalq sistemin yenidən qurulmasına çağırış" və "Gənclər danışır, biz dinləyirik" adlı panel müzakirələr keçirilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Forumun açılış mərasimində iştirak edib. Forumun birinci günündə çıxış edən Prezident İlham Əliyev Qlobal Bakı Forumun "geniş spektrli məsələləri əhatə edən və çox yüksək beynəlxalq nüfuza malik aparıcı beynəlxalq qurumlardan biri" olduğunu xüsusi vurğuladı. Dünya liderlərini Bakıda bir araya gətirən forumun açılışında çıxış edən Prezident cənab İlham Əliyev: Zənnimcə, dünyada hazırda baş verənlər – yeni gərginlik nöqtələrinin yaranması və uzunmüddətli mövcud münaqişələr beynəlxalq davranış strukturuna təhdid təşkil edir. Bu, həmçinin beynəlxalq hüquqa təhdiddir. Beynəlxalq hüquqa və normalara hörmət edilməyəndə və beynəlxalq təşkilatların qətnamələri nəzərə alınmayanda ölkələrin ərazi bütövlüyü pozulur. İşğala, etnik təmizləməyə və soyqırımına məruz qalmış, suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini güc tətbiqi ilə bərpa etmiş, daha sonra isə o zaman məğlub olmuş düşmənə sülh təklif etmiş ölkə olmağımız - hesab edirəm ki, bu, beynəlxalq ictimaiyyətlə paylaşa biləcəyimiz nadir bir təcrübədir. Mən dəfələrlə demişəm ki, biz Ermənistanla sülhü yalnız kağız üzərində əldə etməmişik, sülh sazişi yeddi ay əvvəl paraflandı və birgə bəyanat qəbul olundu. Lakin biz artıq real həyatda sülhü təmin etmişik. Sərhədimizdə sakit vəziyyət hökm sürür, atəş açılmır, artıq heç bir qurban və itki yoxdur. Biz Ermənistana müxtəlif istiqamətlərdən malların daşınmasına qoyulmuş bütün məhdudiyyətləri aradan qaldırdıq. Hətta Ermənistanla ticarəti bərpa etmişik. Onlar üçün həyati əhəmiyyət kəsb edən neft məhsullarının ixracına başladıq və bununla da göstərdik ki, biz uzunmüddətli deyil, əbədi sülhə sadiqik. Bu, bizim strategiyamız və siyasətimizdir və bir daha onu nümayiş etdirir ki, Azərbaycan sülhsevər ölkədir. İkinci Qarabağ müharibəsi və daha sonra antiterror əməliyyatı zamanı bizi ittiham edənlər ya uzaqgörən deyildilər, ya da qərəzli idilər. Çünki bizim gördüyümüz hər bir iş beynəlxalq hüquqa uyğun idi, biz gücdən istifadə edərək sülhə nail olduq və bu gün bunu nümayiş etdiririk. Prezident İlham Əliyevin himayəsi altında Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilən bu ilki 13-cü Qlobal Bakı Forumunun mövzusu: "Keçid dövründəki dünyada münaqişələrin həlli".Azərbaycanın paytaxtı Bakıda dünya liderlərini və mühüm siyasətçiləri bir araya gətirən 13-cü Qlobal Bakı Forumu keçirilir. "Keçid Dünyasında Münaqişələrin Həlli" mövzusu ilə qapılarını açan forumda çıxış edən Prezident İlham Əliyev Qafqazda yeni dövrü "ədalət və sülhün qələbəsi" adlandırdı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev , bu gün ölkəmizin Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə əvəzolunmaz tərəfdaş olduğunu, həm Orta Dəhlizdə, həm də Şimal-Qərb dəhlizində fəal iştirak etdiyini və investisiya yatıran yeganə ölkə olduğunu bildirdi: "İndi isə biz mövcud dəhlizlərin yükaşırma qabiliyyətinin artırılmasına əlavə vəsait yatırırıq, çünki Azərbaycan ərazisindən istifadəyə tələbat artır. Biz bir çox ölkələr, həm Azərbaycanın şərqində, həm də qərbində yerləşən ölkələrin mühüm tranzit ehtiyaclarını təmin edirik. Hazırda isə Ermənistanla sülh edildikdən sonra Orta Dəhlizin yeni istiqaməti üzərində yaxından işləyirik". Azərbaycan Prezidenti İlham Əliyev 13-cü Qlobal Bakı Forumundakı tarixi açılış nitqində Ermənistanla münasibətlərdə ticarət prosesinin başladığını elan etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev , dünyaya neft qiymətlərinin qeyri-sabitliyindən regional təhlükəsizliyə qədər çoxsaylı vacib məsələlərlə bağlı müraciət etdi.Ermənistanla münasibətlərdə inqilabi addımlar atıldığını açıqlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev , sərhədlərdə atəş səslərinin kəsildiyini vurğuladı. Əliyev Ermənistana bütün tranzit məhdudiyyətlərinin aradan qaldırıldığını və neft məhsullarının ixracının rəsmi olaraq başladığını elan etdi. Sülhün yalnız kağız üzərində deyil, həm də yerdə əks olunduğunu bildirən Azərbaycan lideri regional iqtisadiyyatı canlandıracaq yeni bir layihəyə işarə etdi. İrəvan İlk Dəfə "Tranzit Ölkəsi" Olacaq. Orta Dəhlizin əhəmiyyətini vurğulayan Əliyev, layihənin yeni genişləndirilməsinin Ermənistandan keçməsi ilə İrəvanın ilk dəfə "tranzit ölkəsi"nə çevriləcəyini bildirdi. Bu addım regionda nəqliyyat xətlərinin inteqrasiyasını və ticarət həcminin əhəmiyyətli dərəcədə artırılmasını hədəfləyir.
Enerji Bazarlarında Balansa Vurğu
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev , həmçinin qlobal enerji bazarlarındakı qeyri-müəyyənliklərə toxundu. O, neft və qaz qiymətlərindəki həddindən artıq dalğalanmaların həm istehsalçı, həm də istehlakçı ölkələr üçün risk yaratdığını və Azərbaycanın daha proqnozlaşdırıla bilən və balanslaşdırılmış qiymət siyasətini dəstəklədiyini bildirdi. Beynəlxalq birliyi münaqişələrə "seçici yanaşma" nümayiş etdirdiyinə görə tənqid edən Prezident, təhlükəsizlik və sabitliyin qurulmadığı bir mühitdə iqtisadi inkişafın mənasız olduğunu vurğulayaraq dünyaya aydın mesajlar göndərdi.
Neft Qiymətlərində "Sabitlik" Çağırışı
Qlobal enerji bazarlarındakı həddindən artıq dəyişkənliyə toxunan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev , neft və təbii qaz qiymətlərinin görünməmiş artımının təkcə istehlakçılara deyil, həm də istehsalçı ölkələrə zərər verdiyini iddia etdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ki, "Bu balanssız qiymətlərin yalnız ixracatçılara fayda verdiyini düşünmək səhvdir. Biz daha proqnozlaşdırıla bilən və balanslaşdırılmış qiymətlərin tərəfdarıyıq." Regional təhlükəsizliyin Azərbaycan üçün həmişə "birinci prioritet" olduğunu bildirən Prezident, təhlükəsizlik və sabitlik olmadan iqtisadi və ya sosial inkişaf səylərinin mənasız olacağını vurğuladı. O, suverenliyin bərpasından sonrakı 7 aylıq sülh prosesinin güclü siyasi iradənin nəticəsi olduğunu bildirdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin , uzaqgörən və davamlı siyasəti nəticəsində Azərbaycan bu gün sabitlik və təhlükəsizlik adasına çevrilib. Ölkəmiz siyasi-ictimai sabitliyi, dinamik iqtisadi inkişafı, uğurlu xarici siyasəti və sosial rifah səviyyəsi ilə beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Azərbaycanın nüfuzu getdikcə artmaqla yanaşı, ölkə qlobal miqyasda sivilizasiyalararası dialoq və əməkdaşlığın mühüm platformasına çevrilib. Forumun Bakıda keçirilməsi də Azərbaycanın bu sahədə oynadığı strateji rolu və beynəlxalq arenadakı mövqeyini bir daha təsdiqləyir.
s.e.f.d., dos. Murtəza Həsənov
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin dekanı
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








