
ABŞ Prezidenti Donald Tramp "ekoloji təmiz kömür üzrə mübahisəsiz çempion" kimi xüsusi mükafata layiq görülüb.
ANmedia.az bu barədə "Axios" nəşrinə istinadən xəbər verir.
Sözügedən heykəlcik Ağ Evdə kömür sənayesinin maraqlarını müdafiə edən və bu sahə ilə sıx maliyyə əlaqələri olan "Vaşinqton Kömür Klubu" tərəfindən dövlət başçısına təqdim edilib.
Mərasim zamanı Trampa üzərində "çempion" yazısı həkk olunmuş rəmzi şaxtaçı heykəlciyi bağışlanıb.
"Bu gün biz burada ölkə üzrə minlərlə şaxtaçını təmsil edirik və sənayemizi dəstəkləmək istiqamətində atdığınız addımlara görə sizə dərin minnətdarlığımızı bildiririk", - deyə ABŞ-nin ən iri kömür şirkəti olan "Peabody Energy"nin icraçı direktoru Cim Qreç Trampa müraciət edib.
Qeyd olunur ki, heykəlcik Trampın Pentaqona məhz kömür elektrik stansiyalarından elektrik enerjisi almağı əmr edən fərmanı imzalaması zamanı təqdim edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








