
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münhendə Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak ilə görüşüb.
ANmedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı Azərbaycan Prezidentinin ötən ilin dekabrında Slovakiyaya rəsmi səfəri məmnunluqla xatırlanaraq, yüksəksəviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafına mühüm töhfə verdiyi vurğulandı.
https://youtu.be/8n29EMKeNvE
Görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlıq xarakteri daşıyan ikitərəfli münasibətlərin qarşılıqlı anlaşma və dəstəyə əsaslandığı vurğulandı, müxtəlif istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün imkanların olduğu bildirildi, bu xüsusda hərbi-texniki sahədə tərəfdaşlığın inkişafından məmnunluq ifadə edildi, bu tərəfdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








