 Çin və Azərbaycan arasında hərbi əməkdaşlıq bundan sonra da uğurla inkişaf edəcək və yeni zirvələrə çatacaq.
Çin və Azərbaycan arasında hərbi əməkdaşlıq bundan sonra da uğurla inkişaf edəcək və yeni zirvələrə çatacaq.ANmedia.az Report-a istinadən xəbər verir ki, bunu Çinin Azərbaycandakı hərbi attaşesi, polkovnik Sun Çjun Çin Xalq Azadlıq Ordusunun yaradılmasının 98-ci ildönümü və ölkənin Yaponiya işğalından azad edilməsinin 80 illiyi münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, diplomatik münasibətlər qurulandan bəri iki ölkə arasında hərbi əlaqələr ardıcıl olaraq möhkəmlənib, ikitərəfli əməkdaşlıq üçün mühüm bazaya çevrilib.
“Biz yüksək səviyyəli mübadilə, hərbi-texniki əməkdaşlıq, o cümlədən hərbi kadrların hazırlanması və təhsili sahələrində bir sıra əməli və səmərəli tədbirlər həyata keçirmişik. Bu əməkdaşlıq təkcə hərbi qulluqçularımızın peşəkarlıq səviyyəsini yüksəltməyib, həm də Çin və Azərbaycan silahlı qüvvələri arasında qarşılıqlı anlaşma və etimadı dərinləşdirib”, - polkovnik vurğulayıb.
Sun Çjun qeyd edib ki, son vaxtlar Çin Xalq Respublikasının sədri Si Cinpinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında əldə olunmuş mühüm konsensus müdafiə sektorunda əməkdaşlığın inkişafına əlavə təkan verəcək.
“Hərbi attaşe kimi mən tam əminəm ki, iki ölkə liderlərinin rəhbərliyi altında və tərəflərin birgə səyləri ilə Çin-Azərbaycan hərbi əməkdaşlığı daha da möhtəşəm nəticələr əldə edəcək”, - o əlavə edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








