 Çin və Azərbaycan yaxşı dost və etibarlı tərəfdaşdır. İki ölkə arasında diplomatik münasibətlərin qurulduğu 33 il ərzində əlaqələrimiz sağlam və sabit inkişaf edib, müxtəlif sahələrdə səmərəli əməkdaşlıq dövlətlərimizin inkişaf və dirçəlişinə güclü təkan verib, xalqlarımıza real faydalar gətirib.
Çin və Azərbaycan yaxşı dost və etibarlı tərəfdaşdır. İki ölkə arasında diplomatik münasibətlərin qurulduğu 33 il ərzində əlaqələrimiz sağlam və sabit inkişaf edib, müxtəlif sahələrdə səmərəli əməkdaşlıq dövlətlərimizin inkişaf və dirçəlişinə güclü təkan verib, xalqlarımıza real faydalar gətirib.ANmedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Çinin Azərbaycandakı səfiri Lu Mey Çin Xalq Azadlıq Ordusunun yaranmasının 98-ci ildönümü münasibətilə Bakıda keçirilən rəsmi qəbulda deyib.
“Bu ilin aprel ayında Prezident İlham Əliyevin Çinə üçüncü dövlət səfəri zamanı Prezident Si Cinpin və Azərbaycan lideri iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin yaradılması barədə Birgə Bəyanat imzalayıblar. Bu, Çin-Azərbaycan əlaqələrində yeni tarixi mərhələ açıb. Çin dövlət başçılarımızın əldə etdiyi mühüm razılaşmaların həyata keçirilməsi və xalqlarımızın rifahı naminə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi üçün Azərbaycanla birgə işləməyə hazırdır”, - deyə Lu Mey vurğulayıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








