 Prezident İlham Əliyev Misir Ərəb Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə bu ölkənin Prezidenti Əbdülfəttah əs-Sisini və xalqını təbrik edib.
Prezident İlham Əliyev Misir Ərəb Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə bu ölkənin Prezidenti Əbdülfəttah əs-Sisini və xalqını təbrik edib.ANmedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda qeyd edilib: “Azərbaycan ilə Misir arasında əlaqələrin inkişaf dinamikası məmnunluq doğurur. Həyata keçirilən yüksəksəviyyəli qarşılıqlı səfərlər və müntəzəm təmaslar əməkdaşlığımızın yeni məzmunla zənginləşməsində əhəmiyyətli rol oynayır.
Bu gün müxtəlif sahələrdə münasibətlərimizin dərinləşdirilməsi üçün böyük potensial mövcuddur. İnanıram ki, xalqlarımızın rifahı naminə bu imkanlardan yararlanaraq ənənəvi dostluq əlaqələrimizin, səmərəli işbirliyimizin daha da genişlənməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik”.
Dövlətimizin başçısı belə bir əlamətdar gündə Əbdülfəttah əs-Sisiyə möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, dost Misir xalqına daim əmin-amanlıq və firavanlıq diləyib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








