
ANmedia.az Report-a istinadən xəbər verir ki, bu barədə təşkilatın “X” səhifəsində qeyd edilib.
Qeyd olunub ki, görüşdə Azərbaycanla D-8 təşkilatı arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
Səfir Özcan həmçinin Azərbaycan Media İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov ilə media və kommunikasiya sahələrində potensial əməkdaşlıq imkanlarını müzakirə etmək üçün görüş keçirib.
D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı səkkiz müsəlman ölkəni birləşdirir. Təşkilatın təməli Türkiyənin təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında atılıb. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub. Təşkilatın Katibliyi İstanbul şəhərində yerləşir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin