
Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində, 16 iyun 2025-ci il tarixində “Süni İntellekt Daha Yaxşı Gələcək Üçün” devizi ilə keçirilən Global Research Conference Shusha 2025 beynəlxalq konfransı yüksək səviyyədə başa çatdı.
ANmedia.az xəbər verir ki, tədbir MIE Azerbaijan MMC (MetaWay) tərəfindən təşkil olunmuş və dünyanın müxtəlif ölkələrindən qoşulmuş alimləri, texnoloqları, siyasətçiləri və elm diplomatiyasının nümayəndələrini bir araya topladı. Konfrans hibrid formatda – həm Şuşada fiziki, həm də beynəlxalq platformalar üzərindən onlayn şəkildə keçirildi.
Tədbiri giriş sözü ilə açan Mehriban Məlikova tədbir iştirakçılarını və qonaqları salamlayaraq bütün iştirakçılara uğurlar arzulayıb. Tədbirin muasir dünya üçün olduqca əlamətdar bir hadisə olduğunu vurğulayıb. Daha sonra tədbir professor Vaqif Novruzovun çıxışı ilə davam edib. Tədbirdə həmçinin Araz Məmmədov Mustafa Akbulut və Məhsəti Cəfərova Süni intillektin müxtəlix sahələrdə tətbiqi ilə bağlı geniş məruzə ilə çıxış ediblər.
Tədbirin fəxri spikerlərindən olan yazıçı-publisist Aydın Tağıyev müəllifi olduğu layihələr və əsərlər “Qarabağ Həqiqətləri 92- 2020” “Vətən Layihəsi” “İlk Zəfər Marşı” və həmçinin “Süni intillekt” haqqında məruzə ilə çıxış edib. Aydın Tağıyevin çıxışı qonaqlar və tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirdə həmçinin Mədəniyyət telekanalının direktor muavini, Prezident mükafatçısı, gənc alim, telejurnalist Bəhruz Niftəliyevdə məruzə ilə çıxış etmişdir.
Tədbirin yekununda spikerlər tərəfindən tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Konfrans çərçivəsində qəbul olunmuş Şuşa Bəyannaməsi, süni intellektin insan hüquqlarına əsaslanaraq etik, inklüziv və dayanıqlı inkişafını təşviq edən elmi və strateji çağırış sənədi oldu. Bəyannamədə vurğulanan əsas prinsiplər bunlardır:
Sİ texnologiyalarının insan iradəsini əvəz etməməsi, onu gücləndirməsi;
Şəffaf, cavabdeh və mədəniyyətə uyğun sistemlərin qurulması;
“Yaşıl Sİ” təşəbbüsləri ilə COP29-a dəstək;
Etik Sİ üzrə qlobal kodeksin hazırlanması;
Süni intellektin təhsildə, iqlimdə və elmdə tətbiqi.
Konfransda irəli sürülən təşəbbüslər Azərbaycan Respublikasının 2025–2028-ci illər üzrə Milli Süni İntellekt Strategiyasına tam uyğun şəkildə həyata keçirildi:
“Etik Süni İntellekt və Texnologiya” magistr proqramının Qarabağ Universitetində yaradılması
“Şuşa Süni İntellekt Təhsil Alyansı” – regionlararası əməkdaşlıq təşəbbüsü
“Global Research Shusha Journal” – beynəlxalq elmi nəşr platforması
“Global Research Shusha Award” – gənc alimlər üçün beynəlxalq mükafat
“Qarabağ Süni İntellekt Laboratoriyası” – elmi və inzibati tərəfdaşlıq modeli
NetZero 2050 strategiyasına uyğun “Yaşıl Sİ” texnologiyaları təşəbbüsü
Regional səfərlər və mədəni proqram
Konfrans proqramı çərçivəsində təşkil edilən əlavə tədbirlər:
Laçın ekskursiyası (17 iyun): Həkəri çayı boyunca keçirilən ekoloji araşdırma və bio-müşahidə
Xankəndi səfəri: Qarabağ Universitetində təqdimatlar və əməkdaşlıq müzakirələri
ETN Fizika İnstitutu (18 iyun): Kvant texnologiyaları üzrə elmi görüş
Dağüstü park və Şəhidlər Xiyabanı: Şəhərin mədəni panoramı və vətənpərvərlik səfəri
Şuşanın beynəlxalq statusu və diplomatik əhəmiyyəti
2023-cü ilin oktyabr ayında İranın Ərdəbil şəhərində keçirilən İƏT nazirlər görüşündə Şuşa şəhəri 2026-cı il üçün Təşkilatın Turizm Paytaxtı elan olunub. Bu konfrans həmin statusa uyğun olaraq Şuşanın:
Ağıllı turizm texnologiyaları
Davamlı mədəni irsin qorunması
Elmi və texnoloji diplomatiya mərkəzi kimi yeni funksiyalar qazanmasına təkan verdi.
Konfrans çərçivəsində tərəfdaşlıq razılaşmaları və təşəbbüslər elan olundu. 2026-cı ildən etibarən növbəti konfransların keçirilməsi planlaşdırılan şəhərlər:
Bakı, Şamaxı, İstanbul, Sinqapur, Daşkənd, Kuala Lumpur, Qahirə olaraq nəzərdə tutulub.
Həmçinin “Şuşa Elmi Forumlar Platforması” yaradılacaq – texnologiya, təhsil və etik sahələr üzrə regional və qlobal əməkdaşlıqlar üçün davamlı iş birlikləri qurulacaq.










Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin