
ANmedia.az Oxu.Az-a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə sülh danışıqları ilə bağlı növbəti addımlar barədə qərar qəbul etməzdən əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla məsləhətləşmək istəyir.
Oxu.Az-ın məlumatına görə, bu barədə AFP agentliyi xəbər yayıb.
"Prezident Zelenski öz səfərinə Ankarada Ərdoğanla başlayacaq və yalnız bundan sonra o, növbəti addımlar barədə qərar verəcək", - deyə mənbədən vurğulanıb.
İki ölkə liderinin görüşü Bakı vaxtı ilə saat 14:00-a planlaşdırılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı axşama qədər Ankarada olacaq, burada onun rəsmi tədbirləri planlaşdırılıb.
Oxu.Az-ın məlumatına görə, bu, Türkiyə liderinin media üçün açıqlanan iş qrafikindən bəlli olur.
Yerli vaxtla təxminən saat 13:00-da (Bakı vaxtı ilə 14:00 - red.) Ərdoğanın Volodimir Zelenskinin rəsmi qarşılanma mərasimi planlaşdırılıb. Bu, paytaxtdakı prezident kompleksində keçiriləcək. Bundan sonra təkbətək danışıqlar, daha sonra geniş tərkibdə görüş və işçi nahar olacaq.
Ardınca, təxminən saat 16:30-da, Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının mərkəzi ofisindəki tədbirdə olmalıdır. Saat 18:00-da onun iştirakı ilə növbəti rəsmi tədbir planlaşdırılıb.
Bununla paralel olaraq, İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların keçirilməsi gözlənilir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iş qrafikində İstanbulda danışıqlar aparacaq Rusiya və Ukrayna nümayəndə heyətləri ilə hər hansı bir görüş nəzərdə tutulmayıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "RİA Novosti" agentliyi Türkiyə Prezident Administrasiyasına istinadən xəbər verib.
Bildirilir ki, mayın 15-də Prezident Ərdoğan Ankaradakı iqamətgahında Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul edəcək. Daha sonra dövlət başçısının hakim Ədalət və İnkişaf Partiyasının konqres mərkəzində və Türkiyə Ticarət və Sənaye Palataları və Birjaları Birliyində keçiriləcək tədbirlərdə iştirakı planlaşdırılır.
Kütləvi informasiya vasitələrinin yaydığı məlumata əsasən, Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək danışıqlar Prezident Ərdoğanın inzibati iş ofisində - Dolmabağça sarayında təşkil olunacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin