Dünya İqlim Fondunun Prezidenti Yens Nilson və Dünya İqlim Fondunun təmsilçisi Ülviyyə Cəlilzadə bu gün BMT-nin Azərbaycandakı rezident koordinatoru ofisinin rəhbəri Kanako Mabuçi və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İqlim Dəyişikliyi Üzrə Meneceri Niklas Svenninqsen ilə səmərəli görüş keçirib.
Görüş zamanı Yens Nilson qeyd edib ki, fond Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası tərəfindən akkreditasiyalıdır:
" Bizə bu sahədə Azərbaycan hökuməti ilə işlər görmək çox maraqlıdır. Hətta Dünya İqlim Fondu Azərbaycan hökuməti ilə uzunmüddətli tərəfdaşlığa maraqlıdır".
(UNFCCC) İqlim Dəyişikliyi Üzrə Meneceri Niklas Svenninqsen qeyd edib ki, Dünya İqlim Fondu Azərbaycan hökuməti ilə uzunmüddətli tərəfdaşlıq edərsə, bu iş birliyinə dəstək olacaq".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin