Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya rəsmi səfəri başlayıb.
Anmedia.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Prezident Administrasiyasının önündə R.T.Ərdoğanı rəsmi mərasimlə qarşılayıb. Türkiyə Prezidenti fəxri qaravul dəstəsinin önündən keçib.
Daha sonra V.Zelenski ilə R.T.Ərdoğan arasında təkbətək görüş başlayıb.
Görüşdə iki ölkə arasında ticarət dövriyyəsinin həcminin artırılması ilə bağlı razılığın əldə olunacağı gözlənilir. Bundan başqa, Türkiyə və Ukrayna arasında müdafiə sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılacaq. Eyni zamanda görüşlərdə Rusiya-Ukrayna gərginliyi əsas müzakirə mövzusu olacaq.
Qeyd edək ki, səfərdə R.T.Ərdoğanı xanımı Əminə Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, daxili işlər naziri Sülyeman Soylu, enerji və təbii ehtiyatlar naziri Fatih Dönməz, sənaye və texnologiya naziri Mustafa Varank, ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum, gənclik və idman naziri Mehmet Muharrem Kasapoğlu, müdafiə sənayesi naziri İsmail Demir, nəqliyyat naziri Fahrettin Altun, Prezidentin sözçüsü İbrahim Kalın və Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik müşaiyət edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin