Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Xocalı abidəsini ziyarət ediblər.
Bu barədə DTX-dən məlumat verilib.
Bildirilib ki, bəşər tarixinin ən qanlı faciələrindən olan Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Bakı şəhərinin Xətai rayonunda soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.
Abidənin önünə gül dəstələri düzülüb, faciə zamanı həlak olanların əziz xatirəsi dərin ehtiramla yad edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin