
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Gəncə İdman Sarayında tikinti işlərinin gedişi ilə tanış olub.
Anmedia.az xəbər verir ki, ikimərtəbəli Gəncə İdman Sarayında böyük idman zalı, üzgüçülük hovuzu, beynəlxalq turnirlərin keçirilməsi üçün məkan, şahmat, güləş, boks və idmanın digər növləri üzrə məktəblər fəaliyyət göstərəcək.
Regionların Sosial-İqtisadi İnkişafı Dövlət proqramlarının uğurlu icrasını təmin edən əsas məsələlərdən biri infrastruktur layihələrinin tikintisinin gedişi ilə Prezidentin yerində tanış olmasıdır.
Qeyd edək ki, dövlətimizin başçısı 2020-ci il iyunun 24-də Gəncəyə səfəri çərçivəsində bu idman qurğusunda inşaat işlərinin gedişi ilə tanış olub, müvafiq tapşırıqlarını vermişdi. Bundan sonra obyektdə tikinti işlərinin sürəti daha da artmışdır.
 
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








