Ədliyyə Nazirliyinin nümayəndə heyəti Avropa Şurasının Penoloji Əməkdaşlıq üzrə Şurasının (PC-CP) Paris şəhərində keçirilən 13-cü plenar iclasında iştirak edib.
ANmedia.az xəbəPC-CP İşçi Qrupunun, Avropa Şurasına üzv ölkələrin və bir sıra beynəlxalq təşkilatların nümayəndələrinin, ekspertlərin və elm adamlarının qatıldığı iclasda Şuranın fəaliyyəti, iş təcrübələri ilə bağlı müzakirələr edilib, iştirakçı təşkilatların, ölkələrin nümayəndələri və ekspertlər tərəfindən çıxışlar edilib, fikir mübadiləsi aparılıb.
Tədbirdə PC-CP-nin İşçi qrupunun son iclaslarındakı nəticələr, həbsxana və probasiya xidmətləri tərəfindən müsbət psixi sağlamlığın təşviqi və süni intellektin istifadəsi üzrə tövsiyələrə dair hazırlıq sənədləri, Penitensiar və Probasiya xidmət rəhbərlərinin Berlin şəhərində keçirilmiş 28-ci illik toplantısı və Sofiya şəhərində keçiriləcək növbəti toplantı, gender bərabərliyi və s. məsələlər müzakirə edilib, bir sıra təşkilatların məruzələri dinlənilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin