Azərbaycan əbədi olaraq yaşayacaq , yaşadılacaqdır və yaşadacaqdır !
Bizim gücümüzün və qüdrətimizin əsası milli tariximizdir. Şəhidlərimiz bizim ilhamımız, istiqlalalımız , istiqbalımız , qürurumuz, kükrəyən idrakımız , gələcəyimizdir, müstəqilliyimizdir. Şəhidlərimiz hər zaman fəxrimizdir. Şəhidlərimiz bayraqdırlar, qəlbimizin zirvəsində dünya durduqca dalğalanacaqlar. Bu müqəddəs vətənin, bu mübarək xalqın təkcə insanları qazi deyil, çayları da qazi, dağları da qəhrəmandır. Canlarını, qanlarını verdilər, amma vətənlərini vermədilər. Qara torpağın qoynunda qızılgül bağçasına girmiş kimi girdilər. Üçrəngli dövlət bayrağımız uğrunda şəhid olan qəhrəmanlarımıza rəhmət borcumuz təsvir olunmaz və hüdudsuzdur. Qarabağ savaşı, millətimizin vətənpərvərlik, fədakarlıq kimi yüksək keyfiyyətlərinin sərgiləndiyi bir qəhrəmanlıq dastanıdır.
Terrorçu ermənistanın Azərbaycanımıza qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. 44 günlük Vətən müharibəsi Azərbaycanın ən şanlı səhifələrindən biridir. Prezident İlham Əliyev: Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan , milli tariximizin ən möhtəşəm səhifəsini yaşayır. Vətən müharibəsi, “dəmir yumruq” əməliyyatı, 2-ci Qarabağ savaşı, böyük qələbə kimi də adlandırılan bu 44 günlük şanlı zəfər tarixindən artıq iki il ötür. Bu münasibətlə istiqlaliyyətimiz, istiqbaliyyətimiz, gələcəyimiz uğrunda gül bağçasına girən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qarabağda qanımızla tarix yazdıq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yazdıq. Bu gün yenə yazacağıq, yenə yazacağıq, yenə yazacağıq.
Bütün Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyirik!
Allah şəhidlərimizə rəhmət eləsin!
Vatan Şairi ve Millî Şair Mehmet Âkif Ersoy:
“Sen ki, rûhunla beraber gezer ecrâmı adın;
Sen ki, a'sâra gömülsen taşacaksın...Heyhât,
Sana gelmez bu ufuklar, seni almaz bu cihât...
Ey şehîd oğlu şehîd, isteme benden makber,
Sana âgûşunu açmış duruyor Peygamber.”
Merhum Şairlerimizden Orhan Şaik Gökyay, 'Bu vatan kimin' isimli şiirinde ağyarını mani efradını cami ifadelerle şöyle seslenmişti:
'Bu vatan toprağın kara bağrında,
Sıradağlar gibi duranlarındır.
Bir tarih boyunca onun uğrunda,
Kendini tarihe verenlerindir'
Mürtəza Həsənoğlu
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının dosenti , siyasi elmlər üzrə fəlsəfə doktoru
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin