Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı YAŞAT Fondunun rəhbəri Elvin Hüseynovla görüşüb.
Anmedia.az xəbər verir ki, bu barədə səfirliyin tviter hesabında yazılıb.
“Azərbaycanda şəhid və qazi ailələrinə dəstək vermək üçün yaradılan YAŞAT Fondu rəhbəri Elvin Hüseynovdan fəaliyyətləri haqqında məlumat aldıq. Görüş zamanı qarşılıqlı əməkdaşlıq barədə fikir mübadiləsi apardıq”, - paylaşımda bildirilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin