İtaliya hökumətinin təşkil etdiyi Ukraynanın bərpası ilə bağlı konfransın aprelin 26-da keçirilməsi planlaşdırılır.
ANmedia.az xəbər verir ki, bu barədə İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani məlumat verib.
"Bu gün G7-nin xarici işlər nazirləri ilə keçirilən sessiyada hökumətimizin aprelin 26-da İtaliya şirkətlərinin iştirakı ilə Ukraynanın bərpası ilə bağlı konfrans təşkil edəcəyini bildirdim. Bizim Ukrayna xalqı üçün sülh və azadlıq öhdəliyimiz dəyişməzdir" - deyə Tajani "Twitter"də yazıb.