Daşınmaz əmlakın alqı-satqısı, qeydiyyatı ilə bağlı prosedurlar sadələşəcək, əlavə xərclər isə azalacaq.
Banker.az “ATV”ə istinadən xəbər verir ki, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı əvvəl 4 prosedurun həyata keçirilməsi üçün bir həftə vaxt lazım idisə, yenilin tətbiqindən sonra bir gün ərzində bunu reallaşdırmaq mümkün olacaq.
Yenilik bir pəncərə prinsipi əsasında dövlət qeydiyyatı, daşınmaz əmlakın bölgü planlarını, ər-arvadın ümumi əmlakdakı paya dair şəhadətnamələri və digər sənədləri əhatə edəcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin