"Bizim gördüyümüz tədbirlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri İkinci Qarabağ müharibəsi dövründə nümayiş etdirildiyindən daha güclü olacaq".
Anmedia.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.
"Hərçənd, artıq hamının bildiyi kimi, bizim nümayiş etdirdiyimiz həm mütəxəssislərin, həm də bir sıra ölkələrin ictimaiyyətinin gizlətmədiyi heyranlıq doğurub. Bu gözlənilməz və gizlədilməyən heyranlıq, əlbəttə, bizdə, hər kəsdə qürur hissi doğurub. Lakin, eyni zamanda, biz, necə deyərlər, qürrələnməməli, lovğalanmamalı, özlərini böyük döyüşçülər hesab edən, lakin, əslində, sprintdə yeni rekordlar müəyyən etmiş böyük sprinterlər olan erməni tərəfin səhvlərini təkrarlamamalıyıq.
Əlbəttə, belə olmayacaq, lakin hər halda indi mənim hərəkətlərim, o cümlədən hərbi quruculuq çərçivəsində hərəkətlərim reallıqlardan kənara çıxmamağa yönəlib. Biz nə lazımdırsa onu etmişik, ləyaqətlə, şərəflə, ədalətlə etmişik və gələcək haqqında, Azərbaycan Silahlı Qüvvələrinin xalqımızı və dövlətimizi bütün mümkün təhlükələrdən qoruya bilməsi barədə düşünməliyik. Fikrimcə, müharibədən sonrakı dövr, - ötən bir il ərzində çox hadisələr baş verib, özü də təkcə Ermənistana münasibətdə deyil, - nümayiş etdirib ki, biz özümüzü layiqincə qorumağı bacarırıq", - dövlət başçısı vurğulayıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin