ANmedia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. Məlumata görə, general-polkovnik Z.Həsənov sərgidə "Roketsan", "TUSAŞ", "HAVELSAN", "BAYKAR", "TUALCOM" və “ASELSAN” şirkətlərinin rəhbər heyətləri ilə görüşüb, nümayiş etdirilən müasir silah və döyüş texnikası nümunələri ilə tanış olub.
Qeyd edilib ki, sərgidə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akar, eləcə də qardaş ölkənin və digər ölkələrin bir sıra dövlət və hökumət rəsmiləri də iştirak edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin