Rusiya Prezidenti Vladimir Putin “Donetsk və Luqansk Xalq Respublikaları”, eləcə də Xerson və Zaporojye vilayətlərinə müvəqqəti “rəhbərlər” təyin edib.
ANmedia.az Rusiya mediasına istinadən xəbər verir ki, Putin bununla bağlı müvafiq sərəncamlar imzalayıb.
Bununla da, Denis Puşilin “Donetsk Xalq Respublikası”nın, Leonid Paseçnik “Luqansk Xalq Respublikası”nın, Yevgeniy Baliçkiy Zaporojye, Vladimir Saldo isə Xerson vilayətinin “rəhbərləri” təyin olunub.
Sözügedən şəxslər regionlara “qubernatorlar” seçilənə qədər həmin ərazilərə rəhbərlik edəcəklər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin