ABŞ konqresinin nümayəndələr palatasının spikeri Pelosi Ermənistana səfər edəcək. Qarşı tərəf bildirir ki, səfər zamanı Pelosi ilə Paşinyan 102-ci bazadakı rus qüvvələri yerinə NATO güclərinin yerləşdirilməsi müzakirə ediləcək. Bu informasiya nə dərəcədə düzgündür, əmin deyiləm. Amma bu, Paşinyan üçün, ümumiyyətlə, Ermənistan üçün təlafat deməkdir. Rusiya öz əlaltısında, öz bazasının yerinə NATO-nun gəlməsini qəbul edə bilməz. Bu, Paşinyanın sonu deməkdir. Pelosinin səfərindən sonra Rusiya tərəfi mütləq ki, bir tədbir görəcək. Bu ölkə daxilindəki müxalifəti qızışdırmaqla ola bilər.
Pelosinin səfərini başqa cür qiymətləndirə də bilərik. Səmərqənd görüşünə cavab kimi dəyərləndirlməlidir. Orada iştirak etməyən dövlətlərdən biri də Ermənistan idi. Amerika cavab olaraq Ermənistana və Yunanıstana dəstək olduğunu göstərməyə çalışır. Cənubi Kiprə tətbiq edilən embarqoların ləğvi də buna dəlalətdir.
Səmərqənddə Rusiya-Türkiyə enerji anlaşması Amerikanı narahat elədi. Təsəvvür edin ki, NATO-da önəmli yerə malik olan bir ölkə, alyansın mübarizə apardığı dövlətlə anlaşma imzalayır.
Şanxaya, AİB-ə qarşı NATO ətrafını genişləndirir!
Pelosinin səfəri çox ciddi problem yaratmaz, amma narahat olmağa vadar edən amildir. Əgər Ermənistan səfərindən sonra Azərbaycana da gəlsə, narahatlıq yoxdur, lakin o bu barədə nəsə deməyib!
Politoloq Elman Vəliyev
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin