44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının tarixinə qırmızı hərflərlə zəfər savaşı kimi yazıldı. 30 il qonşu ermənilər tərəfindən işğal olunmuş tarixi Vətən torpaqları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diplomatik danışıqları və uğurlu xarici siyasəti, Azərbaycanın rəşadətli Silahlı Qüvvələrinin köməyi ilə işğaldan azad olundu. Beləliklə, Azərbaycanın uzun illər davam edən Qarabağ həsrəti sona çatdı, bütün dünya dövlətləri arasında ölkəmizin xarici nüfuzu getdikcə yüksəlmiş oldu.Müharibə dövründə İlham Əliyevin davamlı olaraq Azərbaycan xalqı ilə dövlət televiziya kanalları vasitəsi ilə əlaqə saxlaması, müharibənin gedişatından detallı olaraq məlumat verməsi, ordumuzun artan qələbələri xalqımızın inamını mənəvi olaraq yüksəldirdi. Dünya mediasının əsas diqqəti Qarabağ müharibəsinə doğru yönəldi. Fransanın, Almaniyanın, BBC kimi bir çox tanınmış kanalları İlham Əliyevdən müsahibə almağa başladı. Yüksək diplomatik bacarığa malik İlham Əliyev televiziya aparıcılarının cavablarını problematik və periodik olaraq tarixə əsaslanmış şəkildə Azərbaycan Respublikasının nüfuzunu laiqli olaraq müdafiə edir və hazırcavablığı ilə dünya mediasının dezinformativ xəbərlərini yalanlayırdı. Prezidentin tez-tez yazdığı rəsmi Twitterlər Azərbaycan xalqı tərəfindən izlənilir, hər kəs səbirsizliklə qələbə xəbərini gözləyirdi.Düşmən dövlətin saxta məlumatları sosial mediada informasiya müharibəsinə səbəb olmuşdur. Rəsmi İrəvan diplomatik kömək almaq üçün Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefon zəngləri edir, Afrika xalqlarından kömək istəyirdi. Ermənistanın baş naziri Nikol Paşinyanın və ermənilərin hərbi gücü gün keçdikcə Azərbaycan ordusu tərəfindən qırılırdı. Qarabağ müharibəsi yeni tipli və innovativ savaş idi. Müharibənin gedişində ordumuz tərəfindən idarə olunan PUA və Bayraktar adlanan silah növləri SSRİ-dən qalma köhnə tankları sıradan çıxarır, beləliklə, Azərbaycan dünyaya meydan oxuyurdu və yeni nəsil savaş üçün Qarabağ müharibəsi nümunə olurdu. Artıq dünya dövlətləri tankların istehsalını dayandırdı və dünya hərbi bazarında tankların qiyməti sürətli olaraq enməyə başladı. Amerika Birləşmiş Ştatları, Fransa, Almaniya və bir çox Avropa dövlətləri yeni növ silahların istehsalına başladı.
Nikol Paşinyanın həyata keçirdiyi uğursuz xarici siyasət İrəvanda üsyana səbəb oldu. Çox sayda canlı və hərbi qüvvə itirən erməni xalqı üçün son çıxış yolu baş nazirin istefasını istəmək idi. Növbədənkənar seçkilər təyin edən Nikol Paşinyan 57% səs çoxlu ilə Ermənistanın prezidenti seçilir və müharibə dövründə uğursuz xarici siyasətini davam etdirmiş oldu. Azərbaycan Silahlı Qüvvələrinin və Xüsusi Təyyinatlı Qüvvələrin 8 Noyabr qələbəsi, yəni Şuşa şəhərinin işğaldan azad edilməsi düşməni tamamilə çökdürmüş oldu. N. Paşinyan sülh müqaviləsi imzalamağa məcbur olur və qeyd-şərtsiz ermənilərə verilmiş tarixlərdə Azərbaycanın digər tarixi torpaqlarını bir güllə belə atılmadan Azərbaycana geri qaytarır. Bu Prezident İlham Əliyevin böyük uğuru idi.
Təslim olmaqla bağlı bəyannamə imzalayan erməni baş naziri çox təəssüf ki, həmişə olduğu kimi sözünün arxasında durmadı. 2022-ci ilin sentyabr ayının 13-də ermənilər yenidən hərbi ixtişaş törədərək sərhəddə davam edən atəşkəsi və bəyannamənin şərtlərini pozdular. Nikol Paşinyan parlamentdə çıxış edərək rəsmi olaraq canlı qüvvə itkisinin bir neçə saata 49 nəfəri ötdüyünü elan etdi. Çıxılmaz vəziyyətdə qalan rəsmi İrəvan naziri dəfələrlə Rusiya Prezidenti Vladimir Putinə zəng edir və hərbi yardım istəyir. Baş verən hadisələrdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi Twitter hesabında hadisələrlə bağlı düşmənin cavab atəşi ilə susdurulduğuna və şəhidlərimizin intiqamının alındığına dair məktub yazıldı. Prezident çıxış edərək deyir ki, Dəmir Yumruq hər zaman yerindədir, biz lazımi zamanda düşmənlərimizə laiqli cavabları verəcəyik.
Vahid Qardaşov
Xəzər Rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin mühəndisi
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








