Kanada Finlandiya və İsveçin alyansa qoşulması haqqında protokolları ratifikasiya edən ilk NATO ölkəsi olub.Bu barədə Kanadanın baş naziri Castin Trüdonun çərşənbə axşamı yaydığı bəyanatda deyilir.
“Bu gün (5 iyul) Kanada Finlandiya və İsveçin NATO-ya qoşulma protokollarını ratifikasiya edən ilk ölkə oldu. Bu, iki ölkəni alyansa tamhüquqlu üzvlüyə yaxınlaşdırır”, - deyə baş nazir bildirib.
Trüdo iki ölkənin tez və effektiv şəkildə NATO-ya inteqrasiya edə biləcəyinə əminliyini ifadə edib.
Mənbə: TASS
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








