Bolqarıstan 70 diplomatı və Rusiya səfirliyinin texniki heyətinin nümayəndələrini “persona non qrata” elan etmək qərarına gəlib.
Bu barədə Rusiyanın Sofiyadakı səfirliyindən məlumat verilib.
Rusiya Xarici İşlər Nazirliyindəki mənbə bildirib ki, Rusiya Bolqarıstanın 70 diplomatını ölkədən çıxarmasına cavab verəcək.
Qeyd edək ki, Bolqarıstanın baş naziri vəzifəsini icra edən Kiril Petkov ölkə parlamentindəki çıxışında səfirlik nümayəndələrinin xüsusi xidmət orqanlarının əməkdaşları olduğunu bəyan edib.
O qeyd edib ki, iyulun 3-dək həmin əməkdaşlar Moskvaya göndəriləcək.
Mənbə: TASS
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin