İsrail Prezidenti İsaak Hersoq Likud Partiyasının lideri Benyamin Netanyahuya noyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrinə əsasən hökumət koalisiyası yaratmaq mandatı verib.
ANmedia.az xəbər verir ki, bu barədə İsrail hökumətinin mətbuat xidmətinin İ.Hersoqun Yerusəlimdəki ofisində keçirilən tədbirin yayımından məlum olub.
Qanuna görə, Netanyahuya Nazirlər Kabinetini formalaşdırmaq üçün bu müddəti 14 gün uzatmaq imkanı ilə 28 gün vaxt verilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin