
"Bunların hamısı boş söhbətdir".
Anmedia.az xəbər verir ki, bunu "Baku tv"yə müsahibəsində ötən gün yaşı ilə əlaqədar AMEA-dakı postunu tərk etməyə qərar verən akademik Ramiz Mehdiyev barəsində yayılan söhbətlərə münasibət bildirərkən deyib.
"Bunların hamısı boş söhbətdir. Mən bunlara fikir vermirəm", - R.Mehdiyev söyləyib.
Akademik özünü yaxşı hiss etdiyini qeyd edib.
R.Mehdiyev istefa ərizəsi ilə dövlət başçısına müraciət edəcəyini vurğulayıb:
"Elan eləmişəm, cənab Prezidentə müraciət etməliyəm. Prezidentin sərəncamı olandan sonra bu işdən gedəcəyəm".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin