
İstintaq təcridxanalarının daxili intizam Qaydalarına dəyişiklik edilib.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, istintaq təcridxanalarında saxlanılan şəxslərin yerləşdirilmə həddi müvafiq olaraq Azərbaycan Respublikasının ədliyyə naziri (Naxçıvan Muxtar Respublikasının ərazisində - Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri) və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi tərəfindən müəyyən ediləcək.
Əvvəl Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi belə səlahiyyətə malik olub.
Nazirlər Kabinetinin qərarı ilə artıq Naxçıvan Muxtar Respublikasının ərazisində də bu sahədə səlahiyyət Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə həvalə olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








