İqtisadi Zonaların İnkişafı Agentliyi ilə Çinin “Ka Shui International Holdings Ltd.” şirkəti arasında əməkdaşlıq əlaqələrinin yaradılması, sənaye parklarına investisiya yatırılması imkanları müzakirə edilib.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 İZİA-dan verilən məlumata istinadən bildirir kiz, Çinin “Ka Shui International Holdings Ltd.” şirkətinin müşaviri, “Dragon Mining Resources Ltd.” şirkətinin direktoru Dano Çanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Sumqayıt Kimya Sənaye Parkında görüş keçirilib.
Qonaqlara ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, burada sahibkarlar üçün mövcud investisiya imkanları barədə məlumat verilib.
Sənaye zonalarının və “Ka Shui International Holdings Ltd.” şirkətinin təqdimatları nümayiş etdirilib.
Görüş çərçivəsində Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən rezidentlərlə əməkdaşlıq əlaqələrinin qurulması, Sənaye Parkının ərazisində “Ka Shui International Holdings Ltd.” şirkəti tərəfindən maqnezium istehsalı layihəsinin həyata keçirilməsi imkanları müzakirə edilib.
Sonda qonaqlar Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidenti “Baku Non Ferrous and Foundry Company” MMC-nin fəaliyyəti ilə tanış olublar.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin