COVID-19 pandemiyası dünyanın hər bir ölkəsinə təsir edib. Onlar sərhədlərin bağlanması, işsizlik və sair kimi problemlərlə üzləşib”.
ANmedia.az xəbər verir ki, bu fikirləri BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Olga Algayerova Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü çərçivəsində keçirilən plenar iclasda çıxışı zamanı deyib.
“Pandemiya bizə dəyişikliyin vacibliyini göstərib və onlardan biri də rəqəmsallaşmadır. Texnoloji inklüzivlik ölkələrin dayanıqlı inkişafına səbəb olur”, - o bildirib.
İcraçı katib qeyd edib ki, “yaşıl” bərpa məsələsində UNECE-nin standartları tətbiq olunur: “Komissiya həmçinin “ağıllı şəhərlər”in inkişafına və enerji səmərəliliyinə diqqət yetirir”.
O.Algayerova vurğulayıb ki, dayanıqlı bərpa resursların səfərbər edilməsini tələb edir və bu da yalnız səylərin birləşdirilməsi yolu ilə əldə oluna bilər.