
"ABŞ-ın hərəkətləri səbəbindən Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi ilə bağlı durum getdikcə mürəkkəbləşir”.
ANmedia.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
Onun sözlərinə görə, rəsmi Vaşinqton nüvə sınağı keçirmək qərarına gələrsə, Rusiya adekvat cavab verəcək: “Rusiya baş verənlərə biganə qala bilməz. Qlobal strateji paritetin məhv edilə biləcəyi ilə bağlı təhlükəli illüziyalar kimsədə olmamalıdır”.
Qeyd edək ki, Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi 1996-cı il sentyabrın 10-da BMT Baş Assambleyasının 50-ci sessiyası tərəfindən qəbul edilib.
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








