
“Nikos Dendiasın bu gün burada olması Yunanıstanın Türkiyə ilə həmrəyliyini göstərir”.
ANmedia.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, zəlzələ baş verəndə ilk zəng edən və yardım təklif edən ölkələrdən biri də Yunanıstan oldu:“İlk andan etibarən yunan xilasetmə və axtarış qrupları burada çalışırlar. Yaxşı qonşuluq belə günlərdə bəlli olur.
Münasibətlərimizi inkişaf etdirmək üçün başqa bir zəlzələni və təbii fəlakəti gözləmək lazım deyil. Ümid edirəm fikir ayrılığımız olan məsələləri də danışıb həll edərik. Bütün yunan xalqına bu çətin günlərdə bizə verdikləri dəstəyə görə təşəkkür edirəm”.
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








