Xarici işlər nazirinin müavini Elnur Məmmədov Niderland Xarici İşlər Nazirliyinin siyasi direktorunun müavini Erika Şoutenlə görüşüb.
ANmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev Tvitter səhifəsində məlumat yayıb.
Rəhman Mustafayev tərəflər arasında görüşü faydalı adlandırıb.Elnur Məmmədov Niderland XİN rəsmisi ilə regiondakı vəziyyəti, Azərbaycan-Ermənistan sülh prosesini və Azərbaycanla Niderland arasında ikitərəfli əlaqələri müzakirə edib.
"İkitərəfli gündəliyin və insan hüquqları üzrə dialoqun daha da gücləndirilməsini səbirsizliklə gözləyirik", - səfir əlavə edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin