2022-ci il ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 221.8 mln. manat və ya 5.1% artım qeydə alınıb.
ANmedia.az bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Məlumata əsasən, büdcə təşkilatları üzrə daxilolmada ötən ilin müvafiq dövrü ilə müqayisədə 283.1 mln. manat və ya 20.3%, qeyri-büdcə təşkilatları üzrə isə 453.2 mln. manat və ya 18.5% artım müşahidə olunub