Prezident İlham Əliyevin təsdiqlədiyi "Gömrük tarifi haqqında" qanuna edilmiş dəyişikliyə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanının (Elm və Təhsil Nazirliyi) müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş avadanlıq, cihaz, qurğu və təhsil fəaliyyəti məqsədilə digər vasitələrin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında dövlət ümumi təhsil müəssisələri tərəfindən idxalı 2023-cü il yanvarın 1-dən 2 il müddətinə gömrük rüsumundan azad edilir.
ANmedia.az xəbər verir ki, Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələri tərəfindən idxalı gömrük rüsumlarından azad edilən avadanlıq, cihaz, qurğu və təhsil fəaliyyəti məqsədilə digər vasitələrin siyahısını bir ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməlidir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin