
İşğaldan azad edilmiş ərazilər üzrə idxalı gömrük rüsumlarından azad edilən iqtisadi fəaliyyət sahələrinin siyahısı hazırlanacaq.
ANmedia.az xəbər verir ki, bu Prezident İlham Əliyevin müvafiq Fərmanında əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti işğaldan azad edilmiş ərazilər üzrə idxalı gömrük rüsumlarından azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısını bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








