"Azərbaycanda 2023-cü il “Heydər Əliyev İli” elan olunub. “Heydər Əliyev İli”nin qeyd olunması ilə bağlı muxtar respublikada müvafiq tədbirlər həyata keçiriləcək".
ANmedia.az bildirir ki, bu sözləri Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini, Ali Məclis sədrinin səalhiyyətlərini icra edən Azər Zeynalov yanvarın 10-da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dövlət başçısı tərəfindən uğurla davam etdirilən Heydər Əliyev siyasi xəttinə bundan sonra da sadiq qalınacaq, ölkəmizin digər bölgələri kimi, Naxçıvanın da davamlı inkişafı təmin olunacaq: "2022-ci ildə muxtar respublikanın inkişafında, sabitliyin və sərhədlərin qorunmasında əməyi olanlara təşəkkür edir, şəhidlərimizin əziz xatirəsini yad edirik".