
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım partiyası yola salınıb.
ANmedia.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski feysbuk hesabında yazıb.
“Növbəti humanitar yük Ukraynaya yola düşür - Xerson Onkoloji Xəstəxanası üçün generator avadanlığı və 600 kq tibbi yardım dəsti”, - səfir qeyd edib.