ANmedia.az Şuşaya ezam olunmuş əməkdaşının xəbərinə istinadən bildirir ki, aksiya iştirakçıları ekoloji terror və yataqların qanunsuz istismarı əleyhinə şüarlar səsləndirir, Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələb edirlər.
Hazırda aksiya davam edir. Aksiya iştirakçılarının bu gecə meydanda qalacaqları bildirilib. Onlar dayandamadan şüarlar səsləndirirlər.
Artıq aksiya yerində tonqallar qalanıb.
Aksiya iştirakçılarının təhlükəsizliyini əraziyə cəlb edilmiş Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri və polislər yüksək səviyyədə təmin edirlər.