Azərbaycanla Rusiya arasında pensiya sahəsində müqavilə imzalanmaq mərhələsindədir.
ANmedia.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun Pensiya Təminatı Departamentinin müdiri Eyvaz İsmayılov "Sosial saat"da deyib.
O bildirib ki, hazırda bir sıra ölkələrlə, o cümlədən Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Ukrayna, Belarus, Serbiya, Türkiyə ilə pensiya sahəsində sazişimiz var.
"Sazişə əsasən Azərbaycanda daimi yaşayan xarici ölkə vətəndaşlarının burada qazandıqları staj öz ölkələrində də nəzərə alınır" - deyə o qeyd edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin